18:26 / 03-06-2025
Baş nazir istefa verib
15:36 / 03-06-2025
Xankəndiyə dolu düşüb
12:59 / 03-06-2025
Sabah yağış yağacaq
Fransa Zəngəzurda konsulluq açır
Tarix: 02-06-2025 13:49 | Bölmə: Siyasət
Fransa Zəngəzurda konsulluq açır

Bu gün Zəngəzurda Fransa konsulluğu açılacaq.

Reyting.az
erməni mediasına istinadla bildirir ki, bunu erməni parlamerntinin Ermənistan-Fransa Dostluq Qrupunun sədri Vladimir Vardanyan deyib.

Qeyd edək ki, bu gün Ermənistan və Fransa arasında mərkəzləşdirilməmiş əməkdaşlığa dair 5-ci konfrans keçirilir.

“Bu gün Ermənistan-Fransa münasibətləri tarixində ilk dəfə olaraq Sünikdə konsulluq açılacaq və bu, mərkəzləşdirilməmiş əməkdaşlığın uğurla və səmərəli şəkildə irəlilədiyinin daha bir sübutudur”,- deyə Vardanyan əlavə edib.

Xatırladaq ki, Fransadan əvvəl İran da Zəngəzurda konsulluq açmaq niyyətində olduğunu elan etmişdi.

Onu da əlavə edək ki, bütün bunlar əslində bölgədə sülh və əməkdaşlığa xidmət etməməklə yanaşı anti-Azərbaycan münasibətinin növbəti təzahürüdür.

ELÇİN




Bölməyə aid digər xəbərlər
2-06-2025, 14:51 Donad Trampa inam azalır
27-05-2025, 08:35 Putin Trampı məyus edib