23:41 / 04-06-2025
Beş rayonda zəlzələ olub
12:30 / 04-06-2025
Sabah yağış yağacaq
İranın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb
Tarix: 03-06-2025 08:10 | Bölmə: Siyasət
İranın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb

İranın Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçili olacaq.

Reyting.az
xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Məlumata görə, İranın Azərbaycandakı yeni təyin olunmuş səfiri, daha əvvəl açıqlandığı kimi, Avrasiya üzrə mütəxəssisdir.

“Hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş müdiri Möctəba Dəmirçili İran İslam Respublikasının Bakıdakı yeni səfiri kimi təqdim olunub”, – agentlik diqqətə çatdırıb.

Qeyd edək ki, iyunun 2-də Tehran yeni səfirin təyinatının anonsunu versə də, onun adını açıqlamamışdı.

Xatırladaq ki, 2023-cü ilin aprelində İranın Xarici İşlər Nazirliyinin mətbuat xidməti “Tvitter”də (indiki “X”) Dəmirçilinin adına onun Azərbaycan səfiri kimi təqdim olunduğu hesab açıldığını bildirərək bunun saxta olduğunu vurğulamışdı.(Report)




Bölməyə aid digər xəbərlər
2-06-2025, 14:51 Donad Trampa inam azalır
27-05-2025, 08:35 Putin Trampı məyus edib