Pezeşkian Azərbaycana təyin olunan səfiri qəbul edib
Tarix: 03-06-2025 16:01 | Bölmə: Siyasət
Pezeşkian Azərbaycana təyin olunan səfiri qəbul edib

İran prezidenti Məsud Pezeşkian iyunun 3-də bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.

Bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, Məsud Pezeşkian ölkəsinin yeni səfirlərinin yolasalma mərasimində müxtəlif ölkələrlə əlaqələrin gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsindən bəhs edib:

“Siz səfirlər İran İslam Respublikasının dünya ilə münasibətlərinin və qarşılıqlı əlaqələrinin genişləndirilməsinin ön xəttindəsiniz”.

Vurğulanıb ki, İran prezidenti Azərbaycanla yanaşı, Kot-dİvuar, Meksika, Kuba və Uruqvaya da yeni təyin olunmuş səfirləri qəbul edib(Report).




Bölməyə aid digər xəbərlər
2-06-2025, 14:51 Donad Trampa inam azalır
27-05-2025, 08:35 Putin Trampı məyus edib