12:34 / 05-06-2025
Sabah yağış yağacaq
Cənubi Koreyada demokrat namizəd qalib gəlib
Tarix: 04-06-2025 07:57 | Bölmə: Siyasət
Cənubi Koreyada demokrat namizəd qalib gəlib

Cənubi Koreyada demokratların namizədi Li Jae-Mung prezident seçkilərinin qalibidir. O, elektoratın 49,42 faizinin səsini qazanaraq, Vətəndaş Gücü Partiyasından olan rəqibi Kim Mun Suya (41,15 faiz) qalib gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası səslərin 100 faizini saydıqdan sonra məlumat yayıb.

Qeyd edək ki, Cənubi Koreyada növbədənkənar seçkilər ötən il dekabrın 3-4-də əsassız olaraq hərbi vəziyyətin tətbiqi ilə bağlı sərəncam vermiş əvvəlki prezident Yun Seok-Yulun impiçmentindən sonra keçirilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
2-06-2025, 14:51 Donad Trampa inam azalır