Paşinyan II Qaregini vəzifəsindən uzaqlaşdırmaq istəyir
Tarix: 10-06-2025 10:03 | Bölmə: Siyasət
Paşinyan II Qaregini vəzifəsindən uzaqlaşdırmaq istəyir

Ermənistan baş naziri Nikol Paşinyan ali ruhanilərlə mübarizədə praktik addımlara keçir.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, o, bütün ermənilərin Katolikosu II Qaregini vəzifəsindən uzaqlaşdırmaq üçün əlaqələndirmə qrupu yaratmaq istəyir.

Məlumata görə, qrupun ilk 10 üzvünü baş nazirin özü seçəcək.

Baş nazir artıq bir neçə gündür II Qaregini subaylıq andını pozmaqda ittiham edir və onun vəzifəsini tərk etməli olduğunu bildirir(report).




Bölməyə aid digər xəbərlər
2-06-2025, 14:51 Donad Trampa inam azalır