Vardanyan: İndi sülh sazişinin imzalanma vaxtı və yerindən danışmaq olar
Tarix: 20-06-2025 15:44 | Bölmə: Siyasət
Vardanyan: İndi sülh sazişinin imzalanma vaxtı və yerindən danışmaq olar

“Ermənistanla Azərbaycan arasında sülh sazişinin bütün maddələri razılaşdırılıb”.

Reyting.az
Ermənistan mediasına istinadla bildirir ki, bunu Ermənistan parlamentiin Dövlət-hüquq məsələləri daimi komissiyasının sədri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Vladimir Vardanyan deyib.

Deputatın qeyd etdiyi kimi, sülh müqaviləsinin imzalanma vaxtı və yerindən danışmaq olar. Eyni zamanda, tərəflər arasında konstruktiv münasibətlərin qurulması çox vacibdir.

“Bu müqavilənin imzalanma prosesini hazırlamağa imkan verəcək qarşılıqlı etimad mühiti olmalıdır”,- Vardanyan bildirib.

O, həmçinin deyib ki, bu məsələdə regional konsensus və qonşularla münasibətlər son dərəcə vacibdir.

Deputatın fikrincə, dövlətlər arasında bütün proseslər qarşılıqlı əsasda getməlidir.

ELÇİN




Bölməyə aid digər xəbərlər