İcra başçısından Musa Şəkiliyevin həbsinə reaksiya: "Siz Qaxa zəng edin"
Tarix: 20-06-2025 17:15 | Bölmə: Siyasət
İcra başçısından Musa Şəkiliyevin həbsinə reaksiya: "Siz Qaxa zəng edin"

Qax rayonunun icra başçısı Musa Şəkiliyevin hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatla saxlanılması barədə məlumat yayılıb.

Reyting.az
xəbər verir ki, manset.az məsələni dəqiqləşdirmək üçün icra başçısı Musa Şəkiliyev ilə əlaqə saxlamaq istəsə də, bu, mümkün olmayıb.

Daha sonra Musa Şəkiliyevin xalası oğlu, Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadə ilə əlaqə saxlanılıb.

M. Əhmədzadə M. Şəkiliyevin saxlanılması barədə məlumatı təkzib etməyib: "Mən bu barədə nə deyim? Mən Zaqataladayam. Siz Qaxa zəng edin".

Məlumata görə, DTX tərəfindən saxlanılan icra başçısı Musa Şəkiliyevlə bərabər müavinləri və rayonun bir neçə vəzifəli şəxsi saxlanılıb.




Bölməyə aid digər xəbərlər