Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
Tarix: 24-06-2025 16:59 | Bölmə: Siyasət
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayıb.

Nazirlikdən Reyting.az-a verilən məlumata görə, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.

Bildirilib ki, Azərbaycan atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırır: "Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq".




Bölməyə aid digər xəbərlər