İranın nüvə proqramını məhv edə bilməyiblər
Tarix: 25-06-2025 00:17 | Bölmə: Siyasət
İranın nüvə proqramını məhv edə bilməyiblər

Həftə sonu ABŞ ordusunun İranın üç nüvə obyektinə endirdiyi zərbələr ölkənin nüvə proqramının əsas komponentlərini məhv etməyib. Amma çox güman ki, bu işi aylarla geri salıb.

Reyting.az
xəbər verir ki, CNN bu məlumatı məsələ ilə tanış olan dörd nəfərin qiymətləndirməsi əsasında yayıb.

Mənbələr bildiriblər ki, məsələnin təhlili davam edir və qiymətləndirmə daha çox kəşfiyyat məlumatı əldə olunduqca dəyişə bilər. Qeyd olunur ki, ilkin məlumatlar ABŞ lideri Donald Trampın zərbələrin İranın nüvə zənginləşdirmə obyektlərini “tamamilə və həmişəlik məhv etdiyi” barədə təkrarladığı iddiaları ilə ziddiyyət təşkil edir.

Qiymətləndirmə ilə tanış olan iki nəfər İranın zənginləşdirilmiş uran ehtiyatının məhv edilmədiyini və sentrifuqaların böyük ölçüdə “sağlam” qaldığını deyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər