14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
Mirzoyan Lavrova xəbərdarlıq edib
Tarix: 30-06-2025 13:13 | Bölmə: Siyasət
Mirzoyan Lavrova xəbərdarlıq edib

Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovu Ermənistanın daxili işlərinə qarışmamağa çağırıb.

Reyting.az
xəbər verir ki, Mirzoyan bu çağırışı bu gün İrəvanda keçirilən mətbuat konfransında Lavrovun Ermənistandakı vəziyyətlə bağlı sözlərini şərh edərkən səsləndirib.

“Mətbuat konfransından əvvəl sevimli həmkarım - Lavrovun şərhi ilə tanış ola bildim. Cənab Lavrovun məlumatı natamam və düzgün deyil. Səhv etmirəmsə, o, “hakimiyyətin kilsəyə qarşı mübarizəsi” ifadəsini işlədib. Lavrovun məlumatı reallıqla üst-üstə düşmür”,- Mirzoyan bildirib.

Mirzoyanın əlavə etdiyi kimi, hüquq-mühafizə orqanlarının nümayəndələrinin fikrincə, söhbət qanunsuz çevrilişin hazırlanmasında və ya başlanmasında iştirakdan gedir.

“Bu, hüquqi prosesdir və Ermənistan Respublikasının daxili işidir. Lavrovun Ermənistan Respublikasının daxili işlərinə qarışmaması daha yaxşı olardı”, - Mirzoyan analoji müraciətlə rusiyalı deputatlara və KİV-ə müraciət edib.

Mirzoyanın sözlərinə görə, onlar Ermənistan Respublikasının suverenliyinə daha böyük hörmətlə yanaşmalı və bir daha Ermənistanın işlərinə qarışmamalıdırlar.

ELÇİN




Bölməyə aid digər xəbərlər