Pezeşkian: İsrail mənə sui-qəsdə cəhd etdi, amma...
Tarix: 07-07-2025 17:03 | Bölmə: Siyasət
Pezeşkian: İsrail mənə sui-qəsdə cəhd etdi, amma...

İran prezidenti Məsud Pezeşkian deyib ki, İsrail rəsmiləri ona sui-qəsdə cəhd etsələr də, buna nail ola bilməyiblər.

Reyting.az
xəbər verir ki, bu barədə Məsud Pezeşkian amerikalı jurnalist Taker Karlsonla müsahibəsində bildirib.

“Onlar cəhd etdilər, lakin cəhdləri uğursuz oldu”,- o deyib.

Prezidentin sözlərinə görə, sui-qəsd təxminən həftə yarım əvvəl həyata keçirilib. O, ABŞ-nın bununla heç bir əlaqəsinin olmadığını, sui-qəsd cəhdinin arxasında İsrailin durduğunu vurğulayıb.

“İclasda idim, gələcək addımları müzakirə edirdik. Öz casuslarından kəşfiyyat məlumatı alan israillilər o vaxt bizim olduğumuz əraziyə zərbə endirməyə çalışdılar. Amma insanın həyatı Allahın əlindədir. Mən də yoldaşlarım kimi İranın müstəqilliyi və suverenliyi uğrunda canımı verməkdən qorxmuram”,- Pezeşkian qeyd edib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər