Daha 28 azərbaycanlı Almaniyadan geri qəbul edilib
Tarix: 09-07-2025 09:45 | Bölmə: Siyasət
Daha 28 azərbaycanlı Almaniyadan geri qəbul edilib

İyulun 8-də daha 28 azərbaycanlı Almaniyadan geri qəbul edilib.

Reytingaz
xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.

Bildirilib ki, readmissiya prosesi “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində baş tutub.

Qeyd edək ki, DMX fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.




Bölməyə aid digər xəbərlər