Rusiyaya qarşı sanksiyaları genişləndiriblər
Tarix: 16-07-2025 10:17 | Bölmə: Siyasət
Rusiyaya qarşı sanksiyaları genişləndiriblər

İyulun 15-də Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Qərar Rusiyanın xaricdə sabitliyi pozan hərəkətlərinə cavabdır. Məhdudlaşdırıcı tədbirlər xarici informasiyaya manipulyasiya və müdaxilə yolu ilə məsul olan doqquz fiziki şəxsə və altı quruma şamil edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında deyilir.

Sanksiyalar “Ümumrusiya Televiziya və Radio Yayımları Şəbəkəsi” Federal Dövlət Müəssisəsinə, onun baş direktoru və Ukraynanın işğal olunmuş ərazilərində rabitə infrastrukturunun inkişafının əlaqələndirilməsi departamentinin direktoruna şamil edilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər