İranın Ali rəhbəri: Amerikaya güclü zərbə endirmişik
Tarix: 17-07-2025 08:19 | Bölmə: Siyasət
İranın Ali rəhbəri: Amerikaya güclü zərbə endirmişik

İranın Ali rəhbəri Ayətullah Əli Xamnəi ölkənin məhkəmə sisteminin nümayəndələri ilə görüşündə bildirib ki, İran “ABŞ və digər" ölkələrə İran–İsrail münaqişəsi zamanı vurduğundan daha güclü zərbələr endirməyə qadirdir.

Reyting.az
xəbər verir ki, bu barədə “Sputnik Kazaxstan” məlumat yayıb.

Ali rəhbərin sözlərinə görə, İranın hücum etdiyi ABŞ hərbi bazası bütün Yaxın Şərqdə olduqca vacib hərbi obyekt sayılırdı: “İranın bu bazaya vurduğu sarsıdıcı zərbənin miqyası barədə informasiyaya qoyulan qadağanın ortadan qalxması ilə tam aydın olacaq”.

ELÇİN




Bölməyə aid digər xəbərlər