Ali Rada yeni hökumətin tərkibini təsdiqləyib - Siyahı
Tarix: 17-07-2025 17:53 | Bölmə: Siyasət
Ali Rada yeni hökumətin tərkibini təsdiqləyib

Ukrayna Ali Radası baş nazir Yuliya Sviridenkonun təklif etdiyi yeni hökumətin nazirlərinin təyin edilməsinə səs verib. Bunu “Səs” fraksiyasından olan xalq deputatı Yaroslav Jeleznyakın YouTube vasitəsilə apardığı parlamentin plenar iclasının canlı yayımı sübut edir.

Reyting.az
bildirir ki, köhnə Nazirlər Kabinetinin və təyin olunmuş yeni hökumətin nazirlərinin vəzifədən azad edilməsinə 253 xalq deputatı səs verib, 23 deputat bitərəf qalıb, 13 nəfər isə əleyhinə çıxıb.

Yeni hökumət aşağıdakı tərkibdədir:

Mixaylo Fedorov - Ukrayna Baş nazirinin birinci müavini - rəqəmsal transformasiya naziri;

Oleksiy Kuleba - Baş nazirin müavini - infrastruktur və ərazilərin inkişafı naziri;

Taras Kaçka - Avropa və Avro-Atlantik inteqrasiya üzrə Baş nazirin müavini;

Matvey Bedni - gənclər və idman naziri;

German Qaluşenko - ədliyyə naziri;

Svitlana Qrinçuk - energetika naziri;

Denis Ulyutin - Ukraynanın sosial siyasət, ailə və birlik naziri;

Nataliya Kalmıkova - Ukrayna veteranlar naziri;

İqor Klimenko - daxili işlər naziri;

Oksen Lisoviy - təhsil və elm naziri;

Viktor Lyaşko - səhiyyə naziri;

Serhi Marçenko - maliyyə naziri;

Oleksiy Sobolev - İqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı naziri.




Bölməyə aid digər xəbərlər