Hikmət Hacıyev: Media savadlılığı daha da artırılmalıdır
Tarix: 20-07-2025 11:22 | Bölmə: Siyasət
Hikmət Hacıyev: Media savadlılığı daha da artırılmalıdır

Azərbaycan cəmiyyəti media ilə sıx işləyir.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün III Şuşa Qlobal Media Forumu çərçivəsində “İnnovativ Yanaşmalar: Rəqəmsal Erada Media Savadlılığı” panelində deyib.

Hikmət Hacıyev bildirib ki, media savadlılığı daha da artırılmalıdır: “Media savadlılığının, o cümlədən sosial media savadlılığının xüsusilə uşaqlar və məktəblilər arasında artırılması çox vacibdir”.




Bölməyə aid digər xəbərlər