Netanyahu Ağ evin nəzarətindən çıxıb?
Tarix: 21-07-2025 08:14 | Bölmə: Siyasət
Netanyahu Ağ evin nəzarətindən çıxıb?

Rəsmi Vaşinqton İsrail baş naziri Benyamin Netanyahunun regional siyasətindən narahatdır.

Reyting.az
xəbər verir ki, bu barədə “Axios” agentliyi Ağ evdəki adını çəkmədiyi rəsmi mənbəyinə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, Suriya prezidentinin sarayı ətrafında tüstü və dağıntılar fırlandıqca, Qərbdə İsrail baş nazirinə etimadsızlıq artır: “Benyamin Netanyahu nəzarətdən çıxıb...”.

İsrailin baş naziri isə düşünür ki, Suriyaya hava zərbələri regionda sabitliyi pozmayacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər