10:48 / 22-07-2025
Ayda oksigen istehsal olunub
Hikmət Hacıyev: "Azərbaycan mediası təsirli “yumşaq güc” vasitələrindən biridir"
Tarix: 22-07-2025 09:46 | Bölmə: Siyasət
Hikmət Hacıyev: "Azərbaycan mediası təsirli “yumşaq güc” vasitələrindən biridir"

"Bu gün Azərbaycan mediası milli sərhədləri aşaraq beynəlxalq səviyyədə fəaliyyət göstərən, qlobal perspektivli regional baxış təqdim edən, dünyanın müxtəlif bölgələrində oxunan və istinad olunan, Azərbaycanın yeni- qlobal xarakterli xarici siyasəti ilə uzlaşan təsirli “yumşaq güc” vasitələrindən biridir".

Reyting.az
xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Milli Mətbuat Günü münasibətilə  jurnalistlərə təbrikində yazıb.

O bildirib ki, bu əlamətdar gün yalnız media ictimaiyyəti üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır: "Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir. Sizlər bu çətin, lakin vacib missiyanı peşəkarlıqla yerinə yetirir, cəmiyyətin obyektiv məlumatlandırılması, maarifləndirilməsi və milli dəyərlərin təbliği istiqamətində fədakarcasına çalışırsınız. Cənab Prezidentimiz İlham Əliyevin mediamıza verdiyi yüksək qiymət və söylədiyi dəyərli fikirlər jurnalistika peşəsinə göstərilən böyük etimad və diqqətin bariz nümunəsidir. Azərbaycan milli mətbuatının 150 illik yubileyinin qeyd olunması ilə bağlı dövlət başçımızın Sərəncamı, eləcə də bir çox peşəkar jurnalistin dövlət təltiflərinə layiq görülməsi ölkəmizdə medianın inkişafına verilən önəmin təzahürüdür və bu sahədə çalışanlar üçün böyük stimuldur. Bu əlamətdar yubiley münasibətilə hər birinizi bir daha səmimi qəlbdən təbrik edir, Cənab Prezidentimizin mediamız qarşısında müəyyənləşdirdiyi hədəflərin reallaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın qorunması yolunda fəaliyyətinizdə davamlı uğurlar arzulayıram".




Bölməyə aid digər xəbərlər