18:08 / 23-07-2025
Türkiyədə zəlzələ olub
15:11 / 23-07-2025
Hərbçimiz vəfat edib
İstanbulda Rusiya-Ukrayna danışıqları yekunlaşıb - (Yenilənib) - Fotolar
Tarix: 23-07-2025 22:35 | Bölmə: Siyasət
İstanbulda Rusiya-Ukrayna danışıqları yekunlaşıb - (Yenilənib)

İstanbulda Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü raundu başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, Türkiyə Xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Rusiya və Ukrayna nümayəndə heyətləri Ukrayna ilə Rusiya arasında sülh danışıqları üçün İstanbuldakı Çırağan sarayına gəliblər.

Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşünün yerli vaxtla saat 19:00-da başladığı bildirilir.

***

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbul danışıqları yekunlaşıb.


Rusiya və Ukrayna arasında təkcə hərbi personalın deyil, mülki şəxslərin də mübadiləsi barədə razılıq əldə olunub.

Rusiya KİV-ləri bildirir ki, Moskva və Kiyev nümayəndələrinin İstanbuldakı görüşü 40 dəqiqəyə yaxın davam edib.

Qeyd olunur ki, üçüncü turun davamı olmayacaq. Rusiya və Ukrayna arasında danışıqların dördüncü raundu ilə bağlı qərar isə yeni razılaşmalar həyata keçirildikdən sonra veriləcək.







Bölməyə aid digər xəbərlər