18:20 / 25-07-2025
Oleq Bakinskiyə hökm oxunub
Ceyhun Bayramov Slovakiyanın səfirini qəbul edib
Tarix: 25-07-2025 18:03 | Bölmə: Siyasət
Ceyhun Bayramov Slovakiyanın səfirini qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Milan Layçakı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Reyting.az
xəbər verir ki, görüşdə Azərbaycan-Slovakiya arasında mövcud əməkdaşlıq məsələləri, habelə regionda və dünyada hazırkı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Səfir Milan Layçaka Azərbaycanda fəaliyyəti müddətində Azərbaycan-Slovakiya ikitərəfli və çoxtərəfli əməkdaşlığının inkişafı istiqamətində göstərdiyi səylərə görə təşəkkür edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.

İkitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafında qarşılıqlı səfər və təmasların, habelə siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub. Ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı iki ölkə liderləri arasında baş tutan görüşün, habelə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində xarici işlər nazirləri arasında aparılan fikir mübadilələrinin faydalı olduğu diqqətə çatdırılıb.

İqtisadiyyat, ticarət, elm, mədəniyyət və s. sahələr üzrə əməkdaşlığın geniş perspektivlərlərinin mövcud olduğu, bu istiqamətdə qarşılıqlı fikir mübadilələri və fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Səfir Milan Layçak Azərbaycanda fəaliyyəti müddətində göstərilən dəstək və səmimi qəbula görə təşəkkür edib, Azərbaycan-Slovakiya münasibətlərinin daha da inkişafı istiqamətində arzularını çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.




Bölməyə aid digər xəbərlər