Hikmət Hacıyevlə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi arasında telefon danışığı olub
Tarix: 28-07-2025 15:57 | Bölmə: Siyasət
Hikmət Hacıyevlə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi arasında telefon danışığı olub

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı olub.

 İran KİV-ləri xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan prezidentinin köməkçisi qarşı tərəfə İsrail – İran gərginliyi zamanı həlak olan şəxslərlə bağlı başsağlığı verib.

Tərəflər həmçinin ikitərəfli münasibətlərin inkişaf etdiriməsini və iki ölkə prezidentlərinin əldə etdiyi razılaşmaların icrasının vacibliyini vurğulayıblar.

Bununla yanaşı, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana planlaşdırılan səfəri müzakirə olunub(report).




Bölməyə aid digər xəbərlər