Tramp 70-ə yaxın ölkə ilə tarifləri yenidən tənzimləyib - Siyahı
Tarix: 01-08-2025 07:09 | Bölmə: Siyasət
Tramp 70-ə yaxın ölkə ilə tarifləri yenidən tənzimləyib

ABŞ prezidenti Donald Tramp cümə axşamı günü 70-ə yaxın ticarət tərəfdaşını əhatə edən yeni tarif fərmanı imzalayıb.

Ağ evin məlumatına görə, fərman müəyyən ölkələrdən gətirilən mallara əlavə dəyər rüsumlarının tətbiqini nəzərdə tutur.

Fərmanda nəzərdə tutulan yeni tariflər icra sərəncamının imzalanmasından 7 gün sonra qüvvəyə minəcək. Lakin bəzi istisnalar logistik səbəblərlə daha sonra tətbiq edilə bilər.

Yeni tarif dərəcələri əsasən 10%-dən 40%-ə qədər dəyişir.

Bu göstəricilər Ağ evin açıqladığı əlavədə yer alıb.

Anqola: 32% → 15%

Banqladeş: 37% → 20%

Bosniya və Herseqovina: 35% → 30%

Botsvana: 37% → 15%

Bruney: 24% → 25%

Kamboca: 49% → 19%

Kamerun: 11% → 15%

Çad: 13% → 15%

Fil Dişi Sahili: 21% → 15%

Konqo Demokratik Respublikası: 11% → 15%

Ekvatorial Qvineya: 13% → 15%

Avropa İttifaqı: 20% → 15% (əksər məhsullar üçün)

Folklend Adaları: 41% → 10%

Fici: 32% → 15%

Qayana: 38% → 15%

Hindistan: 26% → 25%

İndoneziya: 32% → 19%

İraq: 39% → 35%

İsrail: 17% → 15%

Yaponiya: 24% → 15%

İordaniya: 20% → 15%

Qazaxıstan: 27% → 25%

Laos: 48% → 40%

Lesoto: 50% → 15%

Liviya: 31% → 30%

Lixtenşteyn: 37% → 15%

Madaqaskar: 47% → 15%

Malavi: 17% → 15%

Malayziya: 24% → 19%

Mavriki: 40% → 15%

Moldova: 31% → 25%

Mozambik: 16% → 15%

Myanma: 44% → 40%

Namibiya: 21% → 15%

Nauru: 30% → 15%

Nigeriya: 14% → 15%

Şimali Makedoniya: 33% → 15%

Pakistan: 29% → 19%

Filippin: 17% → 19%

Serbiya: 37% → 35%

Cənubi Koreya: 30% → 15%

Şri-Lanka: 44% → 20%

İsveçrə: 31% → 39%

Tayvan: 32% → 20%

Tailand: 36% → 19%

Tunis: 28% → 25%

Vanuatu: 22% → 15%

Vyetnam: 46% → 20%

Zambiya: 17% → 15%

Zimbabve: 18% → 15%.(APA)




Bölməyə aid digər xəbərlər