Ceyhun Bayramovla Hakan Fidan telefonla danışıblar
Tarix: 04-08-2025 15:22 | Bölmə: Siyasət
Ceyhun Bayramovla Hakan Fidan telefonla danışıblar

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla Türkiyə arasındakı ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələləri müzakirə olunub.




Bölməyə aid digər xəbərlər