Sabiq nazir haqqındakı iddiaları cavablandırmayıb
Tarix: 04-08-2025 15:33 | Bölmə: Siyasət
Sabiq nazir haqqındakı iddiaları cavablandırmayıb

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev hazırkı fəaliyyəti ilə bağlı sualı cavablandırmaq istəməyib.

Reyting.az
xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşı sabiq nazirə son vaxtlar onunla bağlı mediada yayılan məlumatlar və hazırkı işləri barədə sual verib.

Ə.Qarayev qısa şəkildə cavab verməklə kifayətlənib: “Heç nə, yaşayıram”.

Xatırladaq ki, bir neçə gün əvvəl “Day.az” informasiya portalında yer alan məqalədə Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinə toxunulub. Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə ciddi zərbələr endirilib və Əbülfəs Qarayev də digər bir neçə məmur kimi vəzifədən kənarlaşdırılıb.




Bölməyə aid digər xəbərlər