Konqresmen: "Tezliklə Azərbaycan və Ermənistan..." - Foto
Tarix: 05-08-2025 12:37 | Bölmə: Siyasət
Konqresmen: "Tezliklə Azərbaycan və Ermənistan..."

“ABŞ prezidenti Donald Tramp Nobel Sülh Mükafatına layiqdir”.

Bunu ABŞ-nın Respublikaçılar Partiyasının nümayəndəsi, konqresmen Co Vilson “X” hesabında yazıb.

O, paylaşımında D. Tramp qədər sülhə xidmət edən başqa prezident olmadığını qeyd edib.

Vilson iddiasına nümunə olaraq Konqo və Ruanda, Tailand və Kamboca, Pakistan və Hindistan arasındakı münaqişələrə diqqət çəkib.

Maraqlıdır ki, konqresmen paylaşımına “Və tezliklə Azərbaycan və Ermənistan” ifadəsini də əlavə edib(Qafqazinfo).

Xatırladaq ki, sosial şəbəkələrdə avqustun 8-də Donald Trampın Ağ evdə Azərbaycan və Ermənistan liderləri ilə görüşəcəyi barədə məlumatlar yayılıb.





Bölməyə aid digər xəbərlər