Mikayıl Cabbarov ABŞ rəsmisi ilə görüşüb
Tarix: 05-08-2025 15:09 | Bölmə: Siyasət
Mikayıl Cabbarov ABŞ rəsmisi ilə görüşüb

"Azərbaycan və ABŞ arasında iqtisadi-ticarət, enerji, investisiya, nəqliyyat-tranzit, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var".

Reyting.az
xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesabında yazıb.

O, ABŞ-ın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili xanım Emi Karlonla görüşünə toxunaraq bildirib ki, bu potensialın birgə təşəbbüslərlə reallaşdırılması imkanları nəzərdən keçirilib: "Qarşılıqlı maraqlar çərçivəsində həyata keçirilən layihələrin regionun inkişafı üçün önəmini vurğuladıq".




Bölməyə aid digər xəbərlər