İran ABŞ-dan bəzi mesajlar alıb
Tarix: 07-08-2025 09:56 | Bölmə: Siyasət
İran ABŞ-dan bəzi mesajlar alıb

İran ABŞ-dan bəzi mesajlar alsa da, məsələ ilə bağlı hələ yekun qərar verilməyib.

Reyting.az
-ın xəbərinə görə, bunu İranın Xarici işlər naziri Abbas Əraqçi deyib.

İran dövlət televiziyasına danışan Əraqçi bildirib ki, ABŞ-dan aldıqları mesajlar dəyərləndirilir. “Yekun qərar yoxdur. Danışıqların baş tutub-tutmayacağı tamamilə bizim maraqlarımızın nəyi diktə etməsindən asılıdır",- İran rəsmisi əlavə edib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) rəsmilərinin yaxın günlərdə gözlənilən Tehran səfəri öncəsi açıqlama verən Əraqçi bildirib ki, dəyişən şərtlərə görə MAQATE ilə münasibətlərdə yeni bir dövrün başlaması vacibdir.

İranlı nazir deyib: "Biz həm yerdəki dəyişiklikləri, həm də İran parlamentinin qərarını nəzərə alaraq, MAQATE ilə yeni dövrə başlamalıyıq".

MAQATE rəsmilərinin Tehran proqramına nüvə obyektlərinə səfərlərin daxil olmadığını bildirən nazir əlavə edib ki, nüvə müzakirələrinin gələcəyi ilə bağlı qərar vermək səlahiyyəti İranın Milli Təhlükəsizlik Ali Şurasındadır, Şuranın qərarlarının həyata keçirilməsinə isə Xarici İşlər Nazirliyi məsuldur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər