18:03 / 13-08-2025
Tiktoker qəzaya düşüb
Rusiya Azərbaycandan Ukraynaya silah tədarükü iddiasına reaksiya verib
Tarix: 13-08-2025 16:36 | Bölmə: Siyasət
Rusiya Azərbaycandan Ukraynaya silah tədarükü iddiasına reaksiya verib

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycandan Ukraynaya silah tədarükünün mümkünlüyü məsələsinə münasibət bildirib.

Reyting.az
-ın məlumatına görə, bu barədə Rusiya XİN-nin nümayəndəsi Aleksey Fadeyev brifinqdə danışıb.

Onun sözlərinə görə, azərbaycanlı tərəfdaşlara Ukraynaya silah-sursat və yaxud ikili təyinatlı humanitar yardımın göndərilməsi məsələsində Rusiyanın mövqeyi yaxşı məlumdur.

Rusiyalı diplomat qeyd edib ki, bu addımlar dinc nizamlanmaya töhfə vermir və vəziyyəti daha da çətinləşdirir.

Xatırladaq ki, bir neçə gün əvvəl “Caliber.Az” saytı öz mənbələrinə istinadla sözügedən məsələ barədə məlumat yaymışdı.

Bildirilmişdi ki, Rusiya Azərbaycanın maraqlarına qarşı təcavüzkar siyasətini davam etdirərsə, rəsmi Bakı Ukraynaya öz arsenalında olan silah-sursat tədarükünə qoyulan embarqonun ləğvi məsələsini nəzərdən keçirməyə başlayacaq.(qafqazinfo)




Bölməyə aid digər xəbərlər