Putin və Tramp qlobal strateji təhlükəsizliyi də müzakirə edəcəklər
Tarix: 15-08-2025 22:05 | Bölmə: Siyasət
Putin və Tramp qlobal strateji təhlükəsizliyi də müzakirə edəcəklər

Alyaskada görüşə hazırlaşan Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp qlobal strateji təhlükəsizlik məsələsini mütləq gündəmə gətirəcəklər.

Reyting.az
xəbər verir ki, bu barədə TASS öz mənbələrinə istinadla yazıb.

"Bu məsələ həm Rusiya, həm ABŞ, həm də bütün dünya üçün vacibdir. Təbii ki, bu məsələ qaldırılacaq", - agentliyin mənbəsi iki ölkə liderlərinin Alyaskada keçiriləcək görüşünün gündəliyi ilə bağlı sualı cavablandırarkən deyib.

Rusiya və ABŞ prezidentlərinin görüşü avqustun 15-də Alyaskanın Ankoric şəhərində ABŞ Hərbi Hava Qüvvələri və Quru Qoşunlarının Elmendorf-Rişardson müştərək hərbi bazasında baş tutacaq. Rusiya liderinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, dövlət başçıları əsas diqqəti Ukrayna nizamlanmasının müzakirəsinə yönəldəcəklər. Onun sözlərinə görə, Putin və Tramp iqtisadi sahədə ikitərəfli əməkdaşlığı da müzakirə edəcəklər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər