Zelenski ərazilərin “proporsional mübadiləsinə” razıdır
Tarix: 19-08-2025 11:22 | Bölmə: Siyasət
Zelenski ərazilərin “proporsional mübadiləsinə” razıdır

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla danışıqlar zamanı ərazi mübadiləsinin mümkünlüyünə icazə verib.

Reyting.az
-ın məlumatına görə, bu barədə “The Wall Street Journal” yazıb.

Bildirilir ki, Tramp ilə Zelenskinin nəzərdən keçirdiyi və ABŞ-nın hazırladığı Şərqi Ukrayna xəritəsi Rusiyanın əldə etmək istədiyi, Ukraynanın ən güclü müdafiə strukturlarının yer aldığı Donetsk bölgəsinin 76 faizinin Moskvanın nəzarətində olduğunu göstərir.

Eyni zamanda, Avropa liderləri Ukraynanın ərazi itkilərinin əhəmiyyətini Trampın başa düşəcəyi terminlərlə təsvir etməyə çalışıblar. Almaniya kansleri Fridrix Merz Rusiyanın bütün Donbasın təhvil verilməsi tələbini ABŞ-nın Trampın vətəni Florida ştatını təslim etməsi tələbi ilə müqayisə edib.

Öz növbəsində Finlandiya prezidenti Alexander Stubb Ukraynanın şərqindəki Kramatorsk və Slavyansk şəhərlərini “hunlara qarşı qala” adlandırıb və rəsmilərin fikrincə, bu təsvir, görünür, Trampı heyran edib.

Nəşr yazır ki, Zelenski danışıqlar zamanı ərazi mübadiləsini rədd etməyib, lakin bu məsələdə çətinliklərdən söz açıb.

Zelenski əhalinin köçürülməsinin çətin olacağını və Ukraynanın ərazilərin təslim edilməsinə dair konstitusiya qadağasını aradan qaldıracağını bildirib. Bununla belə, Zelenski “proporsional mübadilə” nəzərdən keçirə biləcəklərini deyib.

Görüşdən sonra Ukrayna prezidenti ərazi məsələsini özü ilə Putin arasında müzakirə ediləcəyini və onların görüşünün heç bir şərt olmadan baş tutmasını istədiyini bildirib.

O, ABŞ prezidenti ilə görüşdə xəritədəki işğal olunmuş ərazilərin faizləri ilə mübahisə etdiyini və “qəbuledilməz qərarların verilmədiyini” qeyd edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər