Hikmət Hacıyev Türkiyə səfiri ilə görüşüb
Tarix: 19-08-2025 18:30 | Bölmə: Siyasət
Hikmət Hacıyev Türkiyə səfiri ilə görüşüb

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Reyting.az 
xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı cari məsələlər, o cümlədən Türkiyə və Azərbaycan üçün ümumi maraq kəsb edən regional inkişaflar ətraflı müzakirə edilib.




Bölməyə aid digər xəbərlər