14:28 / 22-08-2025
Baş mühasib həbs olunub
FTB Con Boltonun evində axtarış aparıb
Tarix: 22-08-2025 18:20 | Bölmə: Siyasət
FTB Con Boltonun evində axtarış aparıb

Federal Tədqiqatlar Bürosunun (FTB) agentləri ABŞ-nın sabiq milli təhlükəsizlik müşaviri Con Boltonun evində axtarış aparıblar.

Reyting.az
"New York Post" nəşrinə istinadla bildirir ki, axtarış FTB direktoru Keş Patel tərəfindən başladılan istintaq çərçivəsində həyata keçirilib.

K. Patel "X" sosial şəbəkəsində yazıb:

"Kimsə qanundan üstün ola bilməz. FTB əməkdaşları vəzifə başındadır".

Axtarış faktını "Fox News" və CNN kimi nüfuzlu kanallarının etibarlı mənbələri də təsdiqləyiblər.

"New York Post" qəzetinin yazdığına görə, istintaq Con Boltonun 2020-ci ildə işıq üzü görən xatirələr kitabındakı gizli məlumatların dərc olunması ilə bağlıdır.

Xatırladaq ki, Donald Tramp zamanında bu kitabın dərcini əngəlləməyə çalışmış və Boltonun işə qəbul edildikdən sonra imzaladığı məxfilik sazişinin kobudcasına pozulduğunu iddia etmişdi. Lakin Tramp tərəfindən edilən bu cəhd uğursuz oldu.

Məlumatda vurğulanır ki, əslində, Boltona qarşı istintaq bir neçə il əvvəl başlansa da, Co Bayden administrasiyası bu işi "siyasi səbəblərdən" bağlayıb.

Xatırladaq ki, C. Bolton 2018-ci ilin aprelindən Tramp administrasiyasında milli təhlükəsizlik müşaviri vəzifəsini tutub və Ağ ev rəsmisi kimi həmin dövrlərdə iki dəfə Moskvaya səfər edib. 2019-cu ilin sentyabr ayında isə Tramp onu istefaya göndərib. Bunun səbəbini Boltonun onun "təkliflərinin çoxu ilə qətiyyən razılaşmaması” ilə izah edib. Ümumiyyətlə, ABŞ prezidenti D. Tramp administrasiyasında C. Bolton həmişə Rusiyaya, Şimali Koreyaya və İrana qarşı "sərt xətt tərəfdarı" kimi tanınıb.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər