Almaniya Ukraynaya ildə milyardlarla avro yardım edəcək
Tarix: 26-08-2025 08:12 | Bölmə: Siyasət
Almaniya Ukraynaya ildə milyardlarla avro yardım edəcək

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl Kiyevə rəsmi səfəri zamanı Ukraynaya dəstək üçün hər il 9 milyard avro ayırmaq niyyətində olduqlarını bildirib.

Reyting.az
xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.

“Biz Ukraynaya hər il doqquz milyard avro ilə dəstək verəcəyik”,- deyən Klinqbeyl Almaniyanın Ukraynaya qoşun yeridilməsi ehtimalından da danışıb.

Kiyevə bundan əvvəlki səfərindən sonra Klinqbeyl bəyanat verərək Ukraynanı Almaniyanın sarsılmaz dəstəyinə əmin etmişdi. Bundan bir qədər əvvəl isə kansler Fridrix Merz açıqlamasında demişdi ki, Ukraynada sülhə nail olmaq üçün səbr lazımdır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər