Ruslar 6 ay ərzində 130 yaşayış məntəqəsini işğal edib
Tarix: 01-09-2025 10:09 | Bölmə: Siyasət
Ruslar 6 ay ərzində 130 yaşayış məntəqəsini işğal edib

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov yaz-yay hücum kampaniyası zamanı Rusiya ordusunun Ukraynada əldə etdiyi nailiyyətləri xeyli şişirdib.

Reyting.az
xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri yazıb.

Məlumata görə, daha əvvəl Rusiya Baş Qərargahının rəhbəri bildirib ki, Rusiya qoşunları 2025-ci ilin martından bəri 149 yaşayış məntəqəsini və Ukrayna ərazisinin 3,5 min kvadrat kilometrdən çoxunu nəzarətə götürüb.

Öz növbəsində, ISW təhlili göstərir ki, Rusiya ordusu cəmi 2346 kvadrat kilometr ərazini və 130 yaşayış məntəqəsini nəzarətə götürə bilib.

Bundan əlavə, analitiklərin fikrincə, Rusiya Gerasimovun iddia etdiyi kimi müvafiq olaraq 79, 76 və 74 faiz deyil, Donetsk vilayətinin 76,7 faizini, Xerson vilayətinin 73,2 faizini və Zaporojye vilayətinin 73 faizini işğal edib.

Rusiya Müdafiə Nazirliyi və ISW-nin Luqansk vilayəti üzrə qiymətləndirməsi (99,7%) üst-üstə düşüb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
29-08-2025, 09:58 Əhməd Muxtar həbs olunub