Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
Tarix: 03-09-2025 12:59 | Bölmə: Siyasət
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb

Ermənistan baş naziri Nikol Paşinyan lideri olduğu “Mülki Müqavilə” Partiyasının parlament fraksiyasında təmsil olunan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb.

Reyting.az
xəbər verir ki, bu barədə “İravnuk” qəzeti yazıb.

“Nikol Paşinyan parlamentin payız sessiyası ərəfəsində hakim “Mülki Müqavilə” Partiyası fraksiyasının rəhbəri Hayk Konjoryan vasitəsilə deputatlara yeni göstərişlər verib. Xüsusi olaraq xəbərdarlıq edib ki, deputatlar bir daha Rusiya mövzularında danışmaq hüququnu özündə saxlamamalıdır”,- deyə nəşr iddia edir.

Nəşrin digər iddiası katolikosla bağlıdır:

“Paşinyan bütün ermənilərin katolikosu haqqında danışmamaq, parlamentin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi elçi Ruben Rubinyanın göstərişlərinə diqqətlə qulaq asmaq barədə göstərişlər verib”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
29-08-2025, 09:58 Əhməd Muxtar həbs olunub