Nazir Vüqar Mustafayev Pakistanda hərbi təlimi izləyib
Tarix: 17-11-2025 10:59 | Bölmə: Siyasət
Nazir Vüqar Mustafayev Pakistanda hərbi təlimi izləyib

Müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistan İslam Respublikasında səfərdədir.

Müdafiə Sənayesi Nazirliyindən Reyting.az-a bildirilib ki, səfər çərçivəsində nazir Pakistanın Hərbi-Sənaye Kompleksinə daxil olan "Frontier Works Organization", "HIT-Taxila", "Global Industrial & Defense Solutions" müəssisələrini ziyarət edib. Ona müəssisələrin fəaliyyət istiqamətləri, mövcud imkanları və həyata keçirdikləri layihələr barədə ətraflı məlumat verilib.

Nazir V.Mustafayev səfər zamanı, həmçinin Pakistan Silahlı Qüvvələrinin keçirdiyi "Atəş və Manevr" adlı hərbi təlimi izləyib. Təlimdə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Əl-Hüseyn, Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı, feldmarşal Asim Munir və digər yüksək səviyyəli rəsmilər iştirak ediblər.

Səfər Azərbaycan və Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.




Bölməyə aid digər xəbərlər