Putin: Sülh danışıqlarına hazıram
Tarix: 18-12-2025 08:16 | Bölmə: Siyasət

Putin: Sülh danışıqlarına hazıram

“Rusiya son illər ərzində yığılan problemləri danışıqlar masası arxasında həll etməyə hazırdır”.

Reyting.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyi kollegiyasının genişləndirilmiş iclasında deyib.

Dövlət başçısı vurğulayıb ki, Moskva sülh dialoquna açıqdır və problemin siyasi həll yolunu axtarmağa sadiqdir.

O, bəyan edib ki, Rusiya tərəfi atəşkəs və davamlı sülhə gedən yolu müzakirə etməyə hazırdır.

Putin onu da qeyd edib ki, Moskva Ukrayna münaqişəsi ilə bağlı ABŞ prezidenti Donald Trampın administrasiyası ilə mütəmadi əlaqə saxlayır.

E. KAMAL





Bölməyə aid digər xəbərlər