Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Yerə bənzəyən planet kəşf olunub
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Şaraa Əsədi geri almaq istəyir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
Tarix: 19-12-2025 12:09 | Bölmə: Siyasət

Dünən Avropa Parlamentində (AP) Azərbaycana qarşı ədalətsiz qətnamə qəbul edilib.
Reyting.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Sahibə Qafarova deyib.
"Bu qətnamə AP-nin dövlət suverenliyinə etinasız münasibətini əks etdirir. Biz bu kimi cəhdlərə səssiz qala bilmərik. Bizim dövlət ikili standartlara yol verilməyən bütün əməkdaşlıqlara açıqdır. Heç bir qurumun Azərbaycanla bu cür danışmağa haqqı yoxdur. Azərbaycan bu kimi qərəzli addımları bundan sonra da qətiyyətlə cavablandıracaq", - spiker qeyd edib.
Sahibə Qafarova əlavə edib ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının təsdiq edilməsi haqqında" məsələ daxil edilib: "Bəyanat Avropa Parlamentində dünən keçirilən dinləmə və saxta ittihamlarla dolu qəbul edilən sənədə qarşıdır".
Spiker qeyd edib ki, Avropa Parlamenti bu addımı ilə Azərbaycanla bağlı obyektivlikdən uzaq, beynəlxalq hüququn əsas prinsiplərinə zidd olan yanlış və qeyri-konstruktiv yanaşma praktikasını davam etdirib:
"Bu qətnamə Avropa Parlamentinin dövlətlərin suverenliyinə hörmət və daxili işlərinə qarışmama prinsiplərinə açıq şəkildə etinasız münasibətini ortaya qoyur. Sənəddə yer alan "siyasi məhbuslar", "siyasi təqiblər", "akademik azadlıqların pozulması" və "mədəni hüquqların məhdudlaşdırılması" kimi ifadələr əsassız və qərəzlidir. Bu kimi ittihamları qətiyyətlə rədd edirik".
Onun sözlərinə görə, mövcud reallıqların nəzərə alınmadığı birtərəfli qərarların "təhsil" və ya "hüquq müdafiəsi" adı altında qəbul olunması nə demokratik inkişafın təbliğinə, nə də insan hüquqlarının qorunmasına xidmət edir.
Sədr əlavə edib ki, Azərbaycan insan hüquqları sahəsində beynəlxalq təşəbbüslərin fəal iştirakçısıdır və üzərinə götürdüyü öhdəlikləri ardıcıl şəkildə yerinə yetirir: "Bununla belə, ölkəmizlə münasibətləri əsassız və birtərəfli tələblərlə şərtləndirmək cəhdlərini qəbul edə bilmərik. Dövlətimiz beynəlxalq qurumlarla qarşılıqlı hörmət, bərabərlik və ikili standartlara yol verilməməsi prinsipi əsasında əməkdaşlığa açıqdır".
Daha sonra sözügedən bəyanatın qəbul edilməsi üçün komissiya yaradılıb. Komissiyanın sədri Şahin İsmayılov, üzvlər isə Fəzail İbrahimli, Bəhruz Məhərrəmov, Zaur Şükürov və Pərvanə Vəliyeva seçilib(report).
***
Milli Məclis Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsi ilə bağlı bəyanat qəbul edib.
Reyting.az xəbər verir ki, bəyanat mətnini onunla bağlı yaradılmış komissiyanın sədri Şahin İsmayılov oxuyub.
Daha sonra bəyanat səsə qoyularaq qəbul olunub.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər