Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Yerə bənzəyən planet kəşf olunub
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Şaraa Əsədi geri almaq istəyir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
Tarix: 08-01-2026 16:11 | Bölmə: Siyasət

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi ekspert Ədalət Verdiyev cəzanın çəkilməmiş hissəsindən azad olunmaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
APA-nın məlumatında görə, məhkəmənin qərarı ilə müraciət təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
Ədalət Verdiyev məhkəmənin qərarından apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şikayətin təmin edilməməsi qərara alınıb.
Xatırladaq ki, Ədalət Verdiyev 2024-cü ilin noyabr ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Ona təyin olunmuş cəza Cinayət Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər