Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Yerə bənzəyən planet kəşf olunub
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Şaraa Əsədi geri almaq istəyir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
Tarix: 13-01-2026 17:23 | Bölmə: Siyasət

Azərbaycan və İtaliya Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.
Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliyanın ölkədə səfərdə olan xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli arasında görüş keçirilib.
Görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli çərçivədə mövcud əməkdaşlıqdan məmmunluq ifadə olunub və iki ölkə arasında siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, energetika, humanitar, təhsil və digər sahələrdə çoxölçülü strateji tərəfdaşlıq əlaqələrinin perspektivlərindən bəhs olunub. Xüsusilə enerji və təhsil sahələrində birgə layihələrin, İtaliya-Azərbaycan Universitetinin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Bu gün Bakıda keçirilmiş Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclasının uğurla tamamlandığı, əldə olunmuş razılıqların iki ölkə arasında münasibətlərə əlavə təkan verəcəyi vurğulanıb.
Tərəflər həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın cari vəziyyəti, o cümlədən enerji və nəqliyyat layihələrində, alternativ enerji layihələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər müzakirə olunub.
Eyni gündə Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Fariz Rzayev, İtaliya tərəfdən isə nazir müavini Edmondo Çirielli rəhbərlik edib.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər