Məhkəmə həbsdə olan Adnan Əhmədzadə barədə yeni qərar verib
Tarix: 13-01-2026 18:39 | Bölmə: Siyasət

Məhkəmə həbsdə olan Adnan Əhmədzadə barədə yeni qərar verib

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan tanınmış iş adamı Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti uzadılıb.

Reyting.az xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında yeni qərar qəbul edib.

Məhkəmə iri həcmli iş üzrə istintaq hərəkətlərinin hərtərəfli və maneəsiz aparılmasını təmin etmək məqsədilə Adnan Əhmədzadənin həbs müddətinin uzadılmasına qərar verib.

Qeyd edək ki, məşhur iş adamı 4 ay əvvəl DTX tərəfindən tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq hərəkətləri aparılır.





Bölməyə aid digər xəbərlər