Bayramov Fidanla təhlükəsizlik vəziyyətini müzakirə edib
Tarix: 13-01-2026 22:25 | Bölmə: Siyasət

Bayramov Fidanla təhlükəsizlik vəziyyətini müzakirə edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Reyting.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.

Telefon danışığı zamanı, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub, iki qardaş ölkə arasında birgə əlaqələndirilmiş fəaliyyətdən məmnunluq ifadə olunub.





Bölməyə aid digər xəbərlər