Prezident icra başçısını vəzifədən azad edib - Foto
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Yerə bənzəyən planet kəşf olunub
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Şaraa Əsədi geri almaq istəyir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Zəngilana növbəti köç karvanı gedib - (Yenilənib)
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
Tarix: 14-01-2026 15:16 | Bölmə: Siyasət

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət HacıyevQazaxıstanın Azərbaycandakı səfiri Alim Bayeli qəbul edib.
Reyting.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.
Bildirilib ki, tərəflər ötən il ərzində ikitərəfli əməkdaşlığın yekunlarını nəzərdən keçirib və yaxın perspektiv üçün planları müzakirə ediblər.
Alim Bayel qarşılıqlı səfərlərin yüksək dinamikasını əməkdaşlığın intensivliyinin mühüm göstəricisi kimi qeyd edib. Son üç il ərzində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana altı dəfə səfər edib, Prezident İlham Əliyev isə Qazaxıstanda beş dəfə səfərdə olub.
Qeyd olunub ki, 8 avqust 2025-ci il tarixində Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişəyə son qoyulub. Sülh yolu ilə nizamlanmaya dair tarixi Bəyannamə imzalanıb. Qazaxıstan da sülh prosesinə öz töhfəsini verərək 2024-cü ildə Azərbaycan–Ermənistan danışıqları üçün platforma təqdim edib. “Rəmzi və praktiki əhəmiyyət daşıyan fakt ondan ibarətdir ki, 30 il ərzində ilk dəfə Azərbaycan ərazisindən Ermənistana buraxılan yük məhz Qazaxıstan buğdası olub. Tərəflər kommunikasiyaların bundan sonra da açılmasının vacibliyini qeyd ediblər. 2025-ci ilin əhəmiyyətli hadisələrindən biri Azərbaycanın Mərkəzi Asiya liderlərinin zirvə görüşləri formatına tamhüquqlu şəkildə qoşulması olub. Qazaxıstan bu prosesə hərtərəfli dəstək göstərib. Qazaxıstanın lideri Kasım-Jomart Tokayev Azərbaycan mətbuatına verdiyi şərhdə Azərbaycanın C5 + ABŞ formatında iştirakını görməkdən məmnun olacağını bildirib”, - məlumatda deyilir.
Tərəflər birgə investisiya fondunun imkanlarından istifadə etməklə iqtisadi və sənaye kooperasiyasının gücləndirilməsinin zəruriliyini, nəqliyyat-logistika və enerji əməkdaşlığının bundan sonra da inkişaf etməsinin vacibliyini vurğulayıblar.
Həmçinin beynəlxalq və regional gündəliyə dair məsələlər müzakirə edilib. Qazaxıstanın və Azərbaycanın Avrasiya məkanında yeni geosiyasi və geoiqtisadi arxitekturanın formalaşdırılmasında birlikdə fəal iştirak etməsi qeyd olunub.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər