Uitkoff: Sülh planının ikinci mərhələsi başlayıb
Tarix: 15-01-2026 08:08 | Bölmə: Siyasət

Uitkoff: Sülh planının ikinci mərhələsi başlayıb

HƏMAS-ın tərksilah edilməsi və son girovun cəsədinin təhvil verilməsi də daxil olmaqla, Qəzza planının ikinci mərhələsinin şərtlərinə əməl edilməməsi ciddi nəticələrə səbəb olacaq.

Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff deyib.

ABŞ-nın Qəzza zolağı ilə bağlı sülh planının ikinci mərhələsinin başladığını elan edən Uitkoffun sözlərinə görə, planın ikinci mərhələsinə Fələstinin keçid texnokratik administrasiyasının yaradılması, HƏMAS hərəkatının tərksilah edilməsi, atəşkəs rejimindən regionun bərpasına keçid daxildir.

E. KAMAL





Bölməyə aid digər xəbərlər