QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir
Tarix: 15-01-2026 12:53 | Bölmə: Siyasət

QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir

Azərbaycanın qeyri-hökumət təşkilatlarına (QHT) dövlət dəstəyi konsepsiyasının müasir dövrün tələblərinə və çağırışlarına uyğunlaşdırılması, təkmilləşdirilməsi, yenilənməsi üçün müvafiq təkliflər hazırlanır.

Reyting.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, təkliflər fevralına 15-nə qədər Agentliyin elektron ünvanı - [email protected] vasitəsilə yazılı qaydada qəbul olunacaq.

Daha sonra təkliflər sistemləşdirilərək təhlil ediləcək, bu istiqamətdə QHT-lərlə ictimai müzakirələr təşkil olunacaq.





Bölməyə aid digər xəbərlər