Prezident icra başçısını vəzifədən azad edib - Foto
Bakının dörd qəsəbəsinə metro xətti çəkiləcək
Vensin səfəri Güney Qafqaza nə vəd edir?
Yerə bənzəyən planet kəşf olunub
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
Çinin 48 hərbi nəqliyyat təyyarəsi İrana silah daşıyır
Cəbrayıla növbəti köç karvanı gedib - (Yenilənib)
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
Mollazadə: İran ətrafında vəziyyət ağır və təhlükəlidir
Rusiya ordusu bir şəhəri ələ keçirib, iki şəhərə doğru irəliləyir
Tarix: 13-06-2016 14:38 | Bölmə: Siyasət

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Ümid Partiyasının sədri İqbal Ağazadənin ünvanına sərt ittihamlar səsləndirib.
Reyting.az-ın məlumatına görə, H.Hacıyev Tərəfdar.az-a açıqlamasında İ.Ağazadənin yenidən deputat olmaq istəyini böyük tikinti biznesini qorumaq cəhdi ilə əlaqələndirib. H.Hacıyev deyib ki, İ.Ağazadə keçmiş MTN rəhbəri E.Mahmudovun himayəsi altında tikinti biznesi iə məşğul olub:
"O, Eldar Mahmudovun köməyilə dənizin kənarında – "Ağ şəhər” tərəfdə binalar tikidirib satırdı. O binalardan böyük paralar qazanırdılar. İndi biznesini itirməkdən qorxur. Düşünürəm ki, qısa müddətdə millətdə saflaşma getməlidir. Hakimiyyətə və parlamentə içində milli qüruru olanlar gəlməlidir. Nə qədər ki, kəşfiyyat orqanları ilə əlaqədə olan siyasətçilər ortada olacaq, Azərbaycan heç zaman düzəlməyəcək”.
H.Hacıyev onu da əlavə edib ki, indiki siyasilərimizin bir çoxu E.Mahmudova bağlı adamlardır: "Həmin siyasiləri MTN-ə calayan Ağazadə olub. Hazırda MM-də Ağazadənin yolunu gedən bir deputat da var. Amma hələlik adını çəkməyəcəm, zamanı gələndə deyəcəm. O da siyasiləri aparıb hakmiyyətin müəyyən qanadlarına "satır”. Belə işlərlə məşğul olurlar. Bütün bu işlərin başında duran isə Ağazadədir. Mən Ağazadənin özünə də demişəm ki, sənin mövqeyin yanlışdır, milli maraqlarımıza ziddir. Sən satqın adamsan”.
MMP sədri iddia edir ki, İqbal Ağazadə pul qazanmaq üçün hər şeyə gedər: "Zanman-zaman gedib də. Düşünürəm ki, Ağazadəyə önəm verməyə dəyməz. Mahmudov da gedib, adamlarının da bir hissəsi gedib. Bir hissəsi isə dirəniş göstərib, qalıb. Hesab edirəm ki, Ağazadə bundan sonra tarixin arxivinə gedəcək”.
Səslənən ittihamlara İ.Ağazadənin cavabı isə çox qısa olub: "Mən qeyri-ciddi məsələlərə münasibət bildirmirəm”.
Bölməyə aid digər xəbərlər
















Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər