“Moskva konfliktlərlə qonşularını özündən asılı vəziyyətdə saxlamağa çalışır” – NATO-nun keçmiş Baş katibi
Tarix: 21-06-2016 16:17 | Bölmə: Siyasət


"Donbasdakı dondurulmuş konflikt Ukrayna və digər qonşu ölkələrin avrointeqrasiya cəhdlərinə qarşı müqavimət göstərmək üçün Rusiyanın əlində əla vasitədir".

Reyting.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen söyləyib.

Onun sözlərinə görə, bütün dondurulmuş konfliktlər Rusiyanın ümumi strategiyasının bir hissəsidir:

"Rusiya öz qonşularını zəif və mümkün qədər Moskvadan asılı vəziyyətdə saxlamağa çalışır. Ona görə də Donbasın dondurulmuş konfliktə çevrilməsi dağıdıcı nəticələrə səbəb olacaq. Mövzu təkcə Ukrayna deyil. Biz eyni prosesləri Ukraynanın xaricində də görə bilərik. Bura Dnestryanı, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ aiddir”.

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər