Ərdoğan Putinlə görüşə gedir - Prezidentdən səfəröncəsi ABŞ-a xəbərdarlıq
Tarix: 26-08-2019 14:18 | Bölmə: Siyasət
Ərdoğan Putinlə görüşə gedir -  Prezidentdən səfəröncəsi  ABŞ-a xəbərdarlıq

Türkiyə prezidenti Ərdoğan sabah Rusiyaya səfər edəcək.

Reyting.az xəbər verir ki, bu barədə o, bugünkü çıxışında məlumat verib.

Prezident bildirib ki, Putinlə görüşdə Suriyadakı mövcud vəzyyəti, İdlib ətrafındakı gərginliyi, ABŞ-la birgə razılaşdırılmış təhlükəsiz bölgə və digər məsələləri müzakirə edəcək.

Ərdoğan çıxışında ABŞ-a xəbərdarlıq da edib: "ABŞ-la təhlükəsiz bölgə məsələsində demək olar ki, anlaşmışıq. Artıq helikopterlərimiz, PUA-larımız sərhədi keçib. Çox yaxında quru qoşunlarımız da hərəkətə keçəcək. Əgər onlar, yəni ABŞ bizim başımızı yenə də müxtəlif oyunlarla qatarlarsa, o zaman özümüz Suriyada nə lazımdırsa, onu da edəcəyik. Öz planlarımızı tətbiq edəcəyik. Kimsənin buna şübhəsi olmasın".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}