Rusiya həbs edilən bloqeri Azərbaycana deportasiya edir
Tarix: 26-08-2019 14:42 | Bölmə: Siyasət
Rusiya həbs edilən bloqeri Azərbaycana deportasiya edir

Rusiyanın Sankt-Peterburq şəhərində saxlanılan, internet platformalarında Azərbaycanda separatizmin təbliği və zorakılığa çağırışlar etməklə məşğul olan müxalifətçi bloqer Elvin İsayevin Bakıya deportasiya ediləcəyi gözlənilir.

Fontanka.ru xəbər verir ki, Elvin İsayevin saxlanıldığı haqda onun vəkillər bu gün avqustun 26-da danışıblar. İsayev ötən şənbə günü-avqustun 24-də saxlanılıb və polis bölməsinə aparılıb. Onu Petro-Slavyanka küçəsindəki evinin yanında tutublar. Vəkilin bildirdiyinə görə, 39 yaşlı bloqer Rusiyanın İnzibati Hüquqpozmalar Məcəlləsinin 18.8 maddəsi ilə üzləşib. Həmin maddə xarici ölkə sakininin və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən Rusiya ərazisində qalma qaydalarının pozulmasını nəzərdə tutur. Həmin maddəyə əsasən İsayevi deportasiya gözləyir.

Bildirilir ki, Elvin İsayev on illərdir Sankt-Peterburqda yaşayır, orada peterburqlu ilə evlənib və iki oğlu var. 2014-cü ildən Rusiya vətəndaşlığı alıb. Lakin vəkil deyir ki, onun pasportu artıq ləğv olunub.

İsayevin həmyerliləri avqustun 25-də onun saxlanıldığı polis bölməsinin qarşısına toplaşıblar, amma səs-küy salsalar da, heç bir nəticə əldə edə bilməyiblər. Toplaşanları bölməyə aparıb barmaq izlərini götürüblər və buraxıblar.

E. İsayevin barəsində Azərbaycan hüquq-mühafizə orqanlarının hansısa təhqiqat apardığı məlum deyil.(Virtualaz.org)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər