İrana qarşı sanksiyalar ləğv edilə bilər - Bolton
Tarix: 28-08-2019 18:15 | Bölmə: Siyasət
İrana qarşı sanksiyalar ləğv edilə bilər

Yalnız nüvə proqramı ilə bağlı hərtərəfli razılaşma əldə edildikdən sonra İrana qarşı sanksiyalar ləğv ediləcək.

Reyting.az
“VOA”-ya istinadla xəbər verir ki, bunu ABŞ Prezidentinin təhlükəsizlik müşaviri Con Bolton bildirib.

O, bu bəyanatı prezident Donald Trampın İran prezidenti Həsən Ruhani ilə mümkün görüş barədə açıqlamasından sonra verib.

Bolton ABŞ-ın İranı masaya gətirməsi üçün sanksiyaları qaldırmayacağını deyib: “Hərtərəfli bir razılaşma olarsa, təbii ki, sanksiyalar ləğv olunacaq”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}